Yaxın günlər üçün isti hava proqnozlaşdırılır

14 Avqust 2013 14:19 (UTC+04:00)

Bakı və Abşeron yarımadasında avqustun 15-də dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq.

Mövqe.az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadənxəbər verir ki, temperatur gündüz 31-36, gecə 20-24 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında avqustun 15-də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

 Temperatur gecə 19-24, gündüz 33-38 dərəcə isti olacaq. Dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti gözlənilir.