Nəyə görə bu münaqişə bu qədər uzun çəkdi?

4 Oktyabr 2020 22:36 (UTC+04:00)

Artıq 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarının 20 %-i işğal altındadır. Vətəndaşlarımızı ev-eşiyindən, el-obasından, dədə-baba yurdlarından didərgin salmış ermənilər, həmdə dinc əhalinin mülklərini və mal-dövlətlərini mənimsəmişlər. Bu təcavüzün nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimiz olub. Lakin bu 30 ildə bu problemlər çözülməmiş qalıb. Baxmayaraq ki, beynəlxalq aləmdə nə qədər hüquqi sənədlər qəbul olunsa da ermənilər tərəfdən bunlar icra olunmamış qalmışdır.
Nə üçün bu problem bu qədər yubandı? Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər.
Əgər Ermənistan beynəlxalq təşkilatın sənədlərini qəbul edib icra etsəydi bu problem çoxdan bitmiş olardı. Dəfələrlə ölkə başçımız tərəfindən bu problemin həllinə baxılması ilə bağlı məsələni qaldırmasına baxmayaraq nə Minsk qrupunda, nə də beynəlxalq qurumlarda bu məsələ baxılmamışdır.
Artıq hər birimizə bəllidir ki, bu gün baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir. Bu günədək münaqişənin həlli üçün hüquqi çərçivəviz var, lakin təcavüzkara heç vaxt kifayət qədər praktiki təzyiq olunmayıb.
Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir. Hər birimiz mətbuatda izləyir və görürük ki, Təhlükəsizlik Şurasının qətnamələri tez bir zamanda icra olunr. Lakin Qarabağ məsələsinə gəldikdə isə qətnamələr illərdir ki, kağız üzərində qalır.
Bütün bunlardan yorulan, usanan xalq öz gücünə öz qüvvəsinə torpaqlarını düşməndən təmizləyəcəyini bildi və bu gündə buna nail olacaqdır. Çünki bizim ölkədə ordu və xalq birliyi var. Bizim ölkə də ölkə başçısına güvən və inam var. Bütün bunlar əsas verir ki, bu birlikdə, bu güclə düşməni torpaqlarımızdan  çıxarıb illərlə ürəklərdə qalan arzuları həyata keçirək.

Orucova Aygül 
Nəsimi sakini