Qarabağ həqiqətləri Prezidentimizin dilindən

5 Oktyabr 2020 10:09 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Müsahibədə Prezidentimiz İlham Əliyev Qarabağla bağlı həqiqətləri jurnalistlə bölüşüb. 
         Cənab Prezident qeyd etmişdir ki, artıq danışıqlar dayanıb. Çünki onun “Qarabağ Ermənistandır” ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını dedim. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək. Biz sülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir ki, gözləyirdik və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi xarakter daşıyırdı. O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edilərsə, bundan sonra nədən danışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz. Bizim tərəfdaşımız olmalıdır. Lakin Ermənistanın simasında bizim hələ danışıqlarda tərəfdaşımız yoxdur.”- deyərək öz fikirlərini söyləmişdir.
Uzun illərdir ki,  “Ermənistan dövlətinin təxribatları bitmir. Bunlardan biri də Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu etməmişdir. Bütün bunlar Azərbaycanllıların hislərini təhqir etmək üçün idi. Sonra onlar qondarma “Dağlıq Qarabağın parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar.  Azərbaycanlılara qarşı daha bir təhqir həyata keçirdilər. Onlar işğal olunmuş ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı nifrətini nümayiş etdirmək idi. Paşinyanın etdiyi hər şey danışıqlar prosesini məhv etmək məqsədini daşıyırdı.  Bir neçə gün bundan əvvəl cənab Prezident Ermənistan xalqına müraciət etdi və qeyd etdi ki, bizim erməni xalqı ilə bir problemimiz yoxdur. Azərbaycanda minlərlə erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “ Qarabağ Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına biz baxarıq.”
Bu gün artıq əminik ki, şanlı Ordumuzun sayəsində və ordu-xalq birliyi sayəsində Qarabağda zəfər gününü qeyd edəcəyik. 
        Əliyeva Zenfira                           
        Nəsimi rayon gənci Azərbaycan Dillər Universiteti tələbəsi