Bakıda ağaclıqda asılmış kişi meyidi tapıldı
15 Avqust 2013 11:34 (UTC+04:00)
Bakının Nəsimi rayonunda 35 yaşlı kişi özünü asıb.
Rayon Prokurorluğundan Movqe.az-a verilən məlumata görə, Moskva
prospekti 30 ünvanında yerləşən Heydər Əliyev adına İdman Konsert
Kompleksinin arxa tərəfindəki həyətində olan ağaclıqda 35 yaşında
naməlum kişi meyidi asılmış halda tapılıb. Onun intihar etdiyi
bildirilir. Hələlik meyidin şəxsiyyəti müəyyən edilməyib.