Polislər vəhşicəsinə hamilə qadını döydülər - Video

15 May 2012 17:51 (UTC+04:00)
İnternetə, Moskva polislərinin hamilə qadını vəhşicəsinə döyməkləri videosu düşüb. Polislərdən ikisi qadının saçlarından tutub yerdə sürüyür, digəri isə təpikləyir. Bu videonu çəkənin sözlərinə əsasən, döyülən qadın hamilədir. Ətrafdakı insanlar qışqıraraq qadının buraxılmasını tələb etsələrdə, onlar buna heç bir əhəmiyyət vermirlər. 

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi tərəfindən iş qaldırılıb. Əgər polislərin günahlı olduğu sübut olunsa, onları 10 il həbs cəzası gözləyir.

 

Türkan Nadirqızı

Movqe.Az