Bu gecə Ağcabədidə ailədə dəhşətli qətl hadisəsi baş verib. ANS
PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Kəbirli kənd
sakini 1978-ci il təvəllüdül Saməddin Hacıyev həyat yoldaşı 21
yaşlı Ramizə Hacıyevanın başını kəsib.
Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə
qısqanclıq zəminində baş verib. Gecə həyat yoldaşını yaşadığı evin
arxasına aparan Saməddin Hacıyev burada onun başını
kəsib.
Verilən məlumata görə, hadisə zamanı o içkili olub. Hadisədən sonra
isə bu barədə anasına məlumat verib. Sonradah isə qaçaraq gizlənib.
Lakin polisin keçirdiyi əməliyyta zamanı Saməddin Hacıyev
yaxalanıb.
Qeyd edək ki, ailənin 2 azyaşlı övladı var.