Amerikalı aparıcı: Ermənilər nə vaxt öyrənəcəklər ki, los-anceleslilər Ermənistana heç tüpürmürlər? (FOTO)

16 Oktyabr 2020 14:10 (UTC+04:00)
Məşhur amerikalı aparıcı Tom Laykis "Twitter" səhifəsində ermənilərin Los-Ancelesdə magistral yolu bağlamalarına münasibət bildirib. Trend-in məlumatına görə, paylaşımda deyilir: "Ermənilər nə vaxt öyrənəcəklər ki, los-anceleslilər Ermənistana heç tüpürmürlər? Bu qədər narahatsınızsa, geri qayıdın. Bizdən sizin üçün etiraz etməyimizi gözləməyin! Biz bunu etməyəcəyik!" Qeyd edək ki, Los-Ancelesdə yaşayan ermənilər Azərbaycanın öz torpaqlarını işğalçı Ermənistan ordusundan təmizləməsinə "etiraz" adı altında Burbank şəhərinin 134 saylı magistralını qanunsuz olaraq bağlayıb. Onların bu addımı yerli sakinlərin ciddi narazılığıa səbəb olub.