Biz sülhü seçdik,düşmən müharibəni

16 Oktyabr 2020 21:16 (UTC+04:00)
Vətən torpaqlarımıza qarşı düşmən hücumlar həyata keçirməyə və eyni zamanda Prezident İlham Əliyev Xarici mediya kanallarına münaqişə barəsində ən doğru məlumatları beynəlxalq ictimaiyyətə çatdırmağa davam edir. 14 Oktyabrda Ölkə başçısı İlham Əliyev "Haber Türk" televiziya kanalına müsahibə vermişdir .Müsahibədə İlk növbədə Ölkə başçımıcız Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzlərini hələ də davam etdirdiyini və beynəlxalq qanunları dəfələrlə pozaraq mülki insanları hədəf aldığını bildirmişdir.İlk növbədə düşmən tərəfi ordumuzun döyüş meydanındakı şanlı qələbələrindən sonra məğlubiyyətlərini bir az azaltmaq üçün bu münaqişəyə üçüncü tərəf ölkələrin daxil edilməsində maraqlıdır,xüsusilədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına çox ümid bəsləyir.Ancaq düşmənin bütün bu yanlış sıyasəti onları uçuruma aparır və Minsk qrupuna daxil olan ölkələr Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyir . Bütün bu beynəlxalq qanunlar ,faktlara baxmayaraq düşmən əsassız yalanlar uydurmağa çalışır xüsusilədə Türkiyə qoşunlarının və terroristlərin Azərbaycan ordusu ilə birlikdə döyüşdə iştirak etdiyini əsassız olaraq deyir və böhtanlar atmağa davam edir.Biz sadəcə Türkiyəyə məxsus hərbi texnikalardan istifadə etmirik eyni zamanda bir neçə xarici ölkələrdən silah alırıq ancaq ermənistandan fərqli olaraq ödəniş etməklə bu texnikaları əldə edirik .Bizim mövqeyimiz bu münaqişənin hər zaman sülh yolu ilə həll olunması olmusdur,Lakin düşmən sülh prosesini hər zaman müharibə prosesinə çevirməkdə maraqlı olmuşdur.Heç bir zaman "Qondarma Dağlıq Qarabağ Respublika" -sı ilə danışıq olmayacaq,bu münaqişə Ermənistan və Azərbaycan arasındadır.Ordumuz Cənab Ali Baş Komandanın rəhbərliyi ilə döyüşünü beynəlxalq qanunlar çərçivəsində layiqincə yerinə yetirir və bizim kənardan gətirilən hərbi qoşunlara ehtiyacımız yoxdur. Türkiyənin bu münaqişədə bizə olan dəstəyi və danısıqlar prosesində də iştirak etməyi bizim üçün çox vacibdir.Eyni zamanda xalqımızın rəşadətli ordumuza olan dəstəyi çox qürur vericidir və bu cür də olmalıdır.Bizim yeganə amalımız bir yumruq altında birləşərək işğalçıları torpaqlarımızdan çıxarmaqdır.Qarabagda yasayan ermənilərlə bizim problemimiz yoxdur,yalnız hərbi məntəqələr hədəfimizdir.Beləliklə məcburi köçkünlərimizlə Qarabağda yaşayan ermənilər birgə bu torpaqlarda məskunlaşmasında bizim tərəfimizdən problem olmayacaqdır. Bu haqq yolu istiqamətində uğurlu mübarizəmizi davam etdirəcəyik ,məcburi köçkünlərimiz qısa müddətdə öz yurdlarına geri dönəcək ,onlar üçün ölkə başçımız tərəfindən lazımı köməkliklər göstəriləcək və beləliklə sülh əmin-amanlıq şəraitində ölkəmiz inkişaf edəcəkdir. Zidan Həsənli Nəsimi RİH könüllüsü