Hikmət Hacıyev: “Gəncə və Mingəçevir raket hücumlarına məruz qalıb”

17 Oktyabr 2020 01:43 (UTC+04:00)
"Ermənistanın humanitar atəşkəs arxasında gizlənən silahlı qüvvələri terror və hərbi cinayət əməllərini davam etdirir". Mövqe.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb. "Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Xəsarət alanlar və dəyən zərər dəqiqləşdirilir", - o qeyd edib.