Hikmət Hacıyev: "Gəncədə 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub"

17 Oktyabr 2020 02:39 (UTC+04:00)
Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var. Mövqe.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.