BMT TŞ Qarabağa görə təcili toplanır

17 Oktyabr 2020 10:00 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurası Qarabağdakı döyüşlərlə əlaqədar fövqəladə iclası keçirilə bilər.

Mövqe.az xəbər verir ki, bu məlumatı “Gazeta.ru” yayıb.

Məlumata görə, qapalı olacaq görüş, bazar ertəsi 15:00-da baş tutacaq. Fövqəladə iclasın çağırılması təşəbbüsü ilə ABŞ, Rusiya və Fransa çıxış edib.