Bakıda su polosu və çimərlik voleybolu üçün arenalar tikiləcək. Mövqe.az xəbər verir ki, bu barədə Day.Az saytı "Bakı Avropa oyunları 2015"in rəsmi saytına (http://www.baku2015.com/) istinadən məlumat yayıb.
Məlumata əsasən, su polosu arenasında 3 min tamaşaçı yeri
quraşdırılıb. Çimərlik voleybolu arenasında isə tamaşaçı yerlərinin
sayı 5-6 mindir. Obyektlər 2015-ci ilə qədər istifadəyə
veriləcək.