Qarabağ müharibəsinin gerçəklikləri Rusiya mediasında

17 Oktyabr 2020 19:25 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının  Dağlıq Qarabağ bölgəsində hökm sürən gərgin vəziyyət bütün dünya ölkələrinin diqqətindədir. İndiyə qədər müxtəlif ölkələrin media nümayəndələri cəbhədə olan son vəziyyətlə əlaqəli Prezident İlham Əliyevdən  müsahibə götürmək üçün müraciət etmişdirlər.  Ölkə başçısı son olaraq 16 sentyabr tarixində Rusiya dövlətinin “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupuna müsahibə vermişdir. Prezident İlham Əliyev  müsahibəsin də Azərbaycanın tarixi  gerçəkliklərini,  Ermənistan dövlətinin apardığı hiyləgər siyasəti,xain əməllərini Rusiya ictimaiyyətinə çatdırıb.
Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalıb. Ermənistan ordusu cəbhədə Azərbaycan silahlı qüvvələrinin gücünə tab gətirə bilmədiyi üçün mülki əhalini hədəf alır. Bu günə qədər mülki əhali arasından 43 nəfər həlak olub  200-dən çox şəxs yaralanıb. Atəşkəs imzalandıqdan sonra da Ermənistan orudusu artilleriya atəşinə davam edib,Gəncə əhalisinə qarşı terror aktı törətmişdir. Bütün bunlara baxmayaraq Azərbaycan ordusunun hərbi əməliyyatları uğurla davam edir. Azərbaycan silahlı qüvvələrinin xaricdən gələn əlavə muzdlulara ehtiyacı yoxdur,bu gün hərbçilərimiz qarşısında qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə qadirdir. Azərbaycan xalqı üçün bu mübarizə azadlıq mübarizəsidir, Ermənistan üçün isə işğalçılıq müharibəsi. Bu gün cəbhədə qondarma“Dağlıq Qarabağ Ordusu” yoxdur.  Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır.
Prezident İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaqdır. Bütün illər ərzində verdiyi vədləri uğurla yerinə yetirmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaqdır. Azərbaycan xalqı isə Prezident İlham Əliyevin bu uğurlu siyasətinə yüksək dəyər verir,hər daim ölkə başçısının verdiyi qərarları dəstəkləyir.   
Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır. Tezliklə Azərbaycan dövləti bu mübarizədə qalib gələrək öz ərazi bütövlüyünü bərpa edəcək və üç rəngli bayrağımızı Qarabağda dalğalandıracaqdır. 
Rusiya və Azərbaycan arasında nifaq salmağa çalışanlar olsa ada,bu gün hər iki dövlət bir-birini strateji tərəfdar adlandırırlar. Rusiya-Azərbaycan rəhbərlərinin ardıcıl siyasəti nəticəsin də münasibətlər hər keçən gün daha da irəliləyir.
Məmmədova Simranə
Nəsimi rayon gənci