Düşmənin “Qrad” reaktiv sistemi məhv edildi

17 Oktyabr 2020 19:24 (UTC+04:00)

Düşmənin BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Bu barədə Mövqe.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Cəbhənin Ağdərə-Ağdam istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin mövqelərini atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib", - nazirlikdən bildirilib.