Ermənistan hərbi cinayət törədir

18 Oktyabr 2020 10:00 (UTC+04:00)

       Ermənistan silahlı qüvvələrinin 27 sentyabr hərbi təxribatına qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, əsasən, “nə müharibə, nə də sülh” qeyri-müəyyənliyi ilə xarakterizə olunurdu. Lakin həmin gün həqiqət anı yetişdi. Nəticədə münaqişə ilə bağlı formalaşmış bir sıra illüziya və stereotiplərə son qoyuldu. Eyni zamanda, bir sıra həqiqətlər praktiki baxımdan da təsdiqini tapdı. 
       Dinc sakinlərə təcavüz edərək bütün dünyanın gözü qarşısında hərbi cinayət törədən Ermənistan öz tarixinə daha bir qara ləkə əlavə edib. Ermənistan elan edilən humanitar atəşkəsə baxmayaraq hərbi cinayətlər törədir. Xocalıda etdiyi kimi qadın, uşaq, qoca, dinc əhaliyə qarşı cinayətlər törədir. Bu hüquqsuzluq və qətliamlar cavabsız qalmayacaq.     
      Bildiyimiz kimi Ermənistan tərəfində xarici ölkələrdən gətirilən muzdlu döyüşçülərin olması faktı yen deyil. Bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin köməkçisii Hikmət Hacıyev bildirdi ki, əgər bu qəbildən olan şəxslər Azərbaycanın işğal altında olan ərazilərində Azərbaycanın mülki əhalisinə, hərbçisinə qarşı silahdan istifadə edərlərsə, onlar beynəlxalq humanitar hüquqa əsasən "kombatant” legitim hərbi hədəfdirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilməsi istiqamətində bütün addımlar atılacaq. Vətənimizin bu dönəmində qardaş ölkə olan Türkiyə və digər dövlətlər Azərbaycan xalqından öz dəstəyini əsirgəmir. Bizə qarşı olan bu yaxşılıqları heç vaxt yaddan çıxarmayacayıq. Düşmən bizə olan dəstəkləri dünyaya başqa cür çatdırır. Sübüt olunmuşdur ki, düşmən xarici ölkələrdən gətirilən muzdlu döyüşçüləri var. Onlar təbii ki bu çirkin əməllərindən boyun qaçırır. Bizə dəstək olan ölkələri dünya mediasına başqa cür çatdırmaq istəyir.  Guya Ordumuzda Türkiyə əsgərləri də vuruşur. Bu həqiqətən də yalandır. Bizim Şanlı Ordumuz düşməninkindən qat-qat üstündür. Tarixi günlərini yaşayan Azərbaycanın Ermənistanın növbəti təxribatına cavab olaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımızın bir qisminin azad edilməsi ilə nəticələndi. Artıq Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan yaşayış məntəqəsi, onlarla kənd, strateji yüksəkliklər Ordumuzun nəzarətindədir. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu əməliyyatlar sübut etdi ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik hərbi gücüdür. 
      Prezident cənab İlham Əliyev siyasi iradəsi və qətiyyəti nəticəsində Ermənistanın danışıqların formatını dəyişdirmək kimi iddialarının üzərindən birdəfəlik xətt çəkildi, Paşinyan artıq 7 şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətində qalıb.   Ali Baş Komandan İlham Əliyev bütün dünyaya sübut etdi ki, bu münaqişə “dondurulmuş” qala bilməz və Azərbaycan istənilən an status-kvonu dəyişmək iqtidarındadır. Artıq bu gün status-kvo yoxdur, Azərbaycan siyasi və hərbi şərtləri diktə edən tərəfdir.

Abasov Orxan 
Nəsimi RİH könüllüsü