Ermənistan bu istiqamətlər üzrə hücuma cəhd edib

18 Oktyabr 2020 10:15 (UTC+04:00)
Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.
Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində düşmən hücuma keçməyə cəhd göstərib.
Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır.