Ermənistan dövlət sərhədində də atəşkəsi pozub - MN

18 Oktyabr 2020 11:00 (UTC+04:00)
Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.