Ermənistan Azərbaycanın mövqelərini bombalamaq üçün qırıcılardan istifadə edib - Hikmət Hacıyev

18 Oktyabr 2020 12:47 (UTC+04:00)

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi açıq şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bombalamaq üçün qırıcılardan istifadə edib”.

Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

H.Hacıyev deyib: “Ermənistan tərəfinə necə etibar edə bilərik?”.