Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub- MN

18 Oktyabr 2020 13:34 (UTC+04:00)

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Mövqe.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.