Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

19 Oktyabr 2020 10:19 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Mövqe.az-ın məlumatına görə, bu, 18 oktyabr – Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təşkil edilib.

Niaqara şəlaləsinin Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanması Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində reallaşıb.