Ermənistanda koronavirusdan ölənlərin sayı 1 100 nəfəri keçib

20 Oktyabr 2020 11:31 (UTC+04:00)
Ermənistanda koronavirusa yoluxanların sayı 68 694 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 234 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 10 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 101 nəfər koronavirusdan ölüb, 15 8859 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.