Mustafa Şentop Gəncəyə yola düşüb

20 Oktyabr 2020 11:56 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və nümayəndə heyəti Gəncəyə yola düşüb.

Trend-in məlumatına görə, M.Şentop bu gün Milli Məclisin plenar iclasında çıxış edib.

Çıxışdan sonra M.Şentop və nümayəndə heyəti Gəncədə ermənilərin mülki əhaliyə qarşı törətdiyi vandalizm və terror aktının nəticələrini görmək üçün şəhərə yola düşüblər.