Qarabağda daha bir erməni idmançı məhv edildi

20 Oktyabr 2020 12:57 (UTC+04:00)

Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirməyə davam edir.

Mövqe.az xəbər verir ki, Qarabağda döyüşlər zamanı daha bir erməni idmançısı məhv edilib. Söhbət Ermənistan çempionatının qalibi, cüdoçu Qore Sərkisyandan gedir.

Xatırladaq ki, dünən Ermənistanın işğalçı qüvvələrinin hərbçisi, ağırlıqqaldırma üzrə Avropa çempionu olan Albert Dadoyanın Qarabağda öldürüldüyü məlum olub.