Qarabağı xəstəlik bürüdü: Sərkisyanın müşaviri yoluxdu

20 Oktyabr 2020 13:26 (UTC+04:00)

Qarabağda döyüşən erməni hərbçilər arasında koronovirusun yayılması pik həddə çatıb.

Axar.az xəbər verir ki, vəziyyətin dözülməz olduğunu artıq erməni mediası da etiraf edir. Durum o həddə çatıb ki, qondarma rejimə gələn Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan da koronavirusa yoluxub.

Poqosyan koronavirusa yoluxduğunu öz Feysbuk səhifəsində təsdiqləyib və artıq təcrid olunduğunu qeyd edib.

Xatırladaq ki, erməni əsgərlər arasında koronavirusa yoluxma bundan öncə də gündəm olmuşdu.