Ermənistanda internet də dayandı

20 Oktyabr 2020 14:17 (UTC+04:00)

Ermənistanda internetdə problemlər yaranıb.

Mövqe.az xəbər verir ki, ölkə ərazisində internet bağlantısında kəsintilər qeydə alınmağa başlayıb. Buna səbəb Avropadan Ermənistana internet təminatçısı olan şirkətlərdən birində yaranan texniki qüsurdur.

Məsələ ilə əlaqədar Ermənistanın ən böyük provayderlərindən biri olan “Ucom” da bəyanat yayıb:

“Problemlər Avropa istiqamətlərindən birində qeydə alınan texniki qüsurla bağlıdır”.