Təhsil Nazirliyi Zəngilanın təhsil statistikasını açıqlayıb

20 Oktyabr 2020 18:25 (UTC+04:00)

Təhsil Nazirliyi Zəngilan rayonunun təhsil statistikasını açıqlayıb.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, 1992-1993-cü illərdə Zəngilan məktəblərinin sayı 67, müəllimlərin sayı 946, şagirdlərin sayı 5 948 olub.

2020-2021-ci tədris ilində Zəngilan məktəblərinin sayı 33, müəllimlərinin sayı 609, şagirdlərinin sayı 5 741-dir.