Xudafərin istiqamətində hərbi əməliyyatların...-Hacıyev

20 Oktyabr 2020 19:45 (UTC+04:00)

Ermənistan Müdafiə Nazirliyinin hərbi əməliyyatların Xudafərin istiqamətində aparılması barədə yaydığı xəbər cəfəngiyatdır və hətta şərhə də ehtiyacı yoxdur.

Mövqe.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb.

H.Hacıyev qeyd edib ki, bu, erməni cəmiyyətində hökm sürən qorxunu qismən azaltmağa hesablanmış dezinformasiyadır.