Ermənistanda bir gündə 2 mindən çox insanda COVID-19 aşkarlandı

22 Oktyabr 2020 11:31 (UTC+04:00)
Ermənistanda daha 2 306 nəfərdə koronavirus aşkarlanıb.
Mövqe.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 70 836-ya yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 131-ə çatıb. İndiyədək 49 787 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 19 591 aktiv koronavirus xəstəsi var.