Siyəzənə atılan raketlərin qalığı dənizə düşdü

22 Oktyabr 2020 14:09 (UTC+04:00)

Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Siyəzən rayonu istiqamətində 3 ballistik raket atılıb.

Mövqe.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən havada zərərsizləşdirilən raketlərin qalıqları Xəzər dənizinə düşüb.

Hazırda Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları ərazini mühafizə edirlər.