Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil

22 Oktyabr 2020 20:41 (UTC+04:00)

Bu gün Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə müsbət cavab vermişdir. Ermənistan isə bu humanistliyə cavab olaraq atəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24 saat keçməmiş, Gəncə şəhərinə hücum edildi, daha sonra gecə vaxtı  yatmış Gəncə şəhərinin sivil sakinlərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbələr endirildi. Birinci hücumdan sonra, iki hücum daha şiddətli şəkildə həyata keçirildi. Həlak olanlar və yaralananlar hədsiz sayda çoxdur. Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərinə hörmətsizlik etdi. Moskvada belə,uzun sürən danışıqlar sonrası öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi..
Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib və hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabahdan hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib.
  Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Azərbaycanın mövqeyi həmişə çox konstruktiv olub. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Azərbaycan ordusu cəbhədə üstünlüyünü birmənalı olaraq qoruyur. Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü hər zaman göstərib. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv edilib. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. 36 tank qənimətə götürülüb, çoxlu sayda digər texnika, o cümlədən ən müasir “S-300” zenit-raket kompleksləri, bir neçə işəsalma qurğusu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusu, TOP qurğuları məhv edilib. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular edib? Yaxud bu gün, Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar Azərbaycanın əsgərləri və zabitləridir. Ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçü var. Hətta bizdə qismən səfərbərlik elan edilib.
Ermənistan bu gün ciddi şəkildə silahlanır və bu bölgə təhlükəsizliyi ciddi şəkildə pozur.Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə Azərbaycan Rusiya tərəfinə belə bir narahatlığını çatdırıb ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bu barədə məlumatlar var, uçuşların xəritələri, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə bildirilib. Əlbəttə, bu, cəmiyyətdə çoxlu sual və müəmmalar doğurur. Zəruri hallarda bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar hal-hazırda bizə qeyri-qanuni şəkildə çatdırılır.
Ermənistanın mövqeyi sülhə mane olur..Sadalanan bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər; İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib.
Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsi təəccüblüdür..
Şübhəsiz ki, ədalətin bərqərar olunacağı gün yaxındadır.. Rəşadətli ordumuza güvənir, həqiqətin parlayacağı o tam,sevincli günü bütün ruhumuzla gözləyirik!
Verdiyeva Şəbnəm
Nəsimi Rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi