Düşmənin geriyə doğru addımları!

22 Oktyabr 2020 22:10 (UTC+04:00)

Bu gün böyük Vətən Müharibəsi'dir! Haqsızlıqlar qarşısında baş əydiyimiz  30 ilin intiqam günüdür!  Erməni vandalizminə son dediyimiz  gündür!
Əlbət bir gün həsrətində  olduğumuz Qarabağ torpaqlarında Azərbaycanın üçrəngli , ay-ulduzlu bayrağı  dalğalandırılacaqdır!  O gün gəlib çatdı! O gün bu gündür!    Hansı ki, düşmənin atəşkəsi pozması ilə Azərbaycan xalqının, Azərbaycan ordusunun  vətənə olan sevgi və düşmənə olan nifrət hissinin alovlandığı gündür!
Necə deyərlər "Doğma yurd şirin olar".  Bu doğmalıq, şirinlik hər bir Azərbaycanlının qanında olduğu üçün öz əzəmətlərini   ön cəbhədə mənfur erməni xalqına qarşı  savaş aparmaqla dünyaya sübut etdilər. Onlar tarix yazdılar...
Ordumuzun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbə endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu.
Erməni xalqının atəşkəsi pozması, Gəncə də törətdiyi təxribatlar, və digər rayonlara  atılan raket hücumları onların gücsüzlüyündən xəbər verir. Bu gücsüzlük qarşında bəs  silah-sursatla necə təmin olunur, yaxud kim onları  silah-sursatla təmin edir? Dünya ölkələri 30 illik haqsızlıqlara göz yumdu, bəs buna nə ad qazandırırlar?
Bütün bunlar bizi yolumuz döndərə bilməz! 
Ali baş komandan İlham Əliyevin öz çıxışında bildirdiyi kimi biz qan istəmirik! Biz öz torpaqlarımızı istəyirik! Bu gün bütün cəbhə boyu döyüşlər gedir. Azərbaycan bütün istiqamətlər üzrə mövqelərini möhkəmləndirir və biz işğalçını, təcavüzkarı sülhə məcbur edirik. Bu əməliyyatın əsas məqsədi də budur. Biz onlara göstərdik ki, döyüş meydanında da, beynəlxalq müstəvidə də, siyasi meydanlarda da biz qalib gəlirik. Onlar bizim gücümüzü gördülər, bizim iradəmizi gördülər. Onlar gördülər ki, dünyada heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz.  Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!
Ağsaçlı Azərbaycanımız çox dərdlər görüb, çox faciələrin fırtınasından keçib.Hər dəfə dərd üstünə dərd yeridikcə bu vətən bizə, öz övladlarına sığınıb, və bu gün də vətəni yadelli tapdağından azad etmək bizim borcumuzdur.

Hüseynova  Zeynəb
 Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi