YAP 10 azyaşlını və 5 ailəni himayəyə götürdü

22 Oktyabr 2020 18:04 (UTC+04:00)

Yeni Azərbaycan Partiyası erməni vəhşiliyinin qurbanı olmuş 8 ailədə valideynlərini itirmiş 10 azyaşlının himayəyə götürülməsi barədə qərar qəbul edib.

Mövqe.az xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında məlumat paylaşılıb.

Qəbul edilmiş qərara əsasən, 6 ailəni təmsil edən 6 azyaşlının hər birinə ayda 300 manat, hər ailədən 2 azyaşlı olmaqla daha 4 azyaşlıya isə yetkinlik yaşına çatana qədər ayda 500 manat təqaüd ödəniləcək. Partiya tərəfindən bank vasitəsilə ödəniləcək bu vəsaitlər uşaqların dövlət tərəfindən rəsmi surətdə tanınmış himayədarlarına çatdırılacaq.

Qəbul edilmiş qərara əsasən, 5 ailə onlar üçün yeni yaşayış evlərinin tikilib istifadəyə verilməsinə qədər yaşayacaqları mənzillərin kirayə haqqı ayda 300 manat olmaqla YAP tərəfindən ödəniləcək.