İngiltərə Rusiyanı Tokio-2020 Olimpiada hazırlığına haker hücumunda günahlandırıb

23 Oktyabr 2020 09:23 (UTC+04:00)
Xatırladaq ki, 2018 Qış Olimpiya Oyunlarında da oxşar hadisə baş verib. Böyük Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzi və ABŞ kəşfiyyat xidməti Rusiyanı 2020-ci ildə Tokioda keçiriləcək Olimpiada Oyunlarının hazrılıq prosesinə haker hücumunda ittiham edib. Mövqe.az ted.az-a istinadən bildirir ki, rəsmi məlumata görə, Olimpiya ilə yanaşı, Paralimpiya Oyunlarına da haker hücumu planlaşdırılır. Qeyd olunur ki, haker hücumu oyunların 2020-ci ildən 2021-ə köçürülməsindən öncə planlaşdırılıb.