"İnstaqram"ın işində nasazlıqlar yaranıb

23 Oktyabr 2020 08:49 (UTC+04:00)
"İnstaqram" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə edilir. Mövqe.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib. Məlumata əsasən, nasazlıqlar ən çox ABŞ, Meksika, Böyük Britaniya, Yaponiya və Avstraliyada qeydə alınıb. İstifadəçilərin təxminən 63 faizi tətbiqin xəbər lentində, 18 faizi sosial şəbəkənin saytında, 18 faizi isə hesab daxil olarkən problemlərlə qarşılaşıb.