Tramp prezident seçkilərində erkən səs verməyi planlaşdırır

23 Oktyabr 2020 10:16 (UTC+04:00)
ABŞ prezidenti Donald Tramp ABŞ-da keçiriləcək ümumi seçkilərdə erkən səs verməyi planlaşdırır. Mövqe.az-ın TASS"a istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibinin müavini Cadd Dir deyib. C.Dir bildirib: "Prezident D.Tramp şənbə günü Palm Biçdə erkən səs verməyi planlaşdırır". Qeyd edək ki, daha əvvəl Donald Tramp daimi yaşayış yerini Nyu-Yorkdan Palm-Biç şəhərinə dəyişib.