Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib

23 Oktyabr 2020 10:30 (UTC+04:00)
Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı ölkənin baş naziri Jan Kasteks deyib. Onun sözlərinə görə, komendant saatı yeni növ koronavirusa yoluxma sayının artması ilə əlaqədardır: "Ölkədə epidemioloji vəziyyət pisləşməyə davam edir. Daha 38 departamentdə və Fransa Polineziyasında komendant saatı tətbiq edirik". Baş nazir bildirib ki, Parisdə olduğu kimi, küçələrdə hərəkət məhdudiyyəti 21:00-dan 06:00-dək davam edəcək.