Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı

23 Oktyabr 2020 11:15 (UTC+04:00)
Rusiya Prezidenti Vladimir Putin S-400 zenit-raket komplekslərini dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemi adlandırıb. Bu barədə C.Putin "Valday" diskussiya klubunun iclasında bildirib. Rusiya Prezidenti deyib: "Türkiyə müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Bu gün isə dünyanın ən yaxşı sistemi Rusiyanın istehsal etdiyi S-400 "Triumf"dur. Türkiyə dedi və aldı".