Ermənistanın mülki əhaliyə qarşı hücumları ilə bağlı son məlumat

23 Oktyabr 2020 12:08 (UTC+04:00)
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən Mövqe.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 298 nəfər isə yaralanıb. Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 156-dir.