"Makkabi" "Qarabağ"la oyundan sonra transfer etdi

23 Oktyabr 2020 14:12 (UTC+04:00)
UEFA Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən olan İsrail "Makkabi"si (Təl-Əviv) heyətini yeni futbolçu ilə gücləndirib. "Report"un məlumatına görə, Təl-Əviv təmsilçisi Tanzaniyanın "Azam" komandasından Novatos Disması transfer edib. Gənc yarımmüdafiəçi ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb. Qeyd edək ki, Novatus Dismas Tanzaniyanın U-21 yığmasının da üzvüdür. "Makkabi" qrup mərhələsindəki ilk matçda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.