Arutyunyan Putinə yalvardı: Döyüşləri dayandırın

23 Oktyabr 2020 16:53 (UTC+04:00)
İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qondarma rejimin "lideri" Araik Arutyunyan Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Dağlıq Qarabağda döyüş əməliyyatlarının dayandırılması üçün mümkün olan hər şeyi etməyi xahiş edib. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə A.Arutyunyanın Rusiya prezidentinə ünvanladığı məktubda deyilir. Separatçı "lider" məktubda V.Putini dünyada və regionda böyük şəxsi nüfuza sahib olan şəxsiyyət və rəhbər adlandırıb: "Sizdən Dağlıq Qarabağ münaqişə zonasında döyüş əməliyyatlarının dayandırılması və siyasi proseslərin bərpası üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm".