Məzahir Pənahov Gürcüstanda parlament seçkilərini müşahidə edəcək

23 Oktyabr 2020 19:06 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Gürcüstana səfər edəcək. "Report"un Gürcüstan bürosu xəbər verir ki, o, oktyabrın 31-də qonşu ölkədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək. M.Pənahov artıq Gürcüstan MSK-da beynəlxalq müşahidəçi kimi qeydiyyata alınıb. Seçkiləri Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov də izləyəcək.