Azərbaycan yığması Polşaya məğlub oldu

23 Oktyabr 2020 21:25 (UTC+04:00)
Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda səfərdə Polşa ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Bu nəticədən sonra Polşa D qrupunda 11 xalla birinci pillədə qərarlaşıb. Sonuncu - beşinci sıradakı Azərbaycan millisinin isə xalı yoxdur.