Xocavənd və Füzuli istiqamətlərində düşmənin könüllü dəstələri məhv edilib (VİDEO)

24 Oktyabr 2020 00:02 (UTC+04:00)

Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. "Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib", - məlumatda qeyd olunub. Mövqe.az Müdafiə Nazirliyinə istinadən həmin görüntüləri təqdim edir: