Düşmənin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı

24 Oktyabr 2020 18:12 (UTC+04:00)

Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumdan Mövqe.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.