Uzaq Şərqdə Azərbaycan həqiqətləri

25 Oktyabr 2020 11:36 (UTC+04:00)

27 sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisinə etdiyi hücum nəticəsində Vətən müharibəsi başladı.  Müharibəni başladan, atəşkəsi pozan aqressorun Ermənistan dövləti olduğu bütün dünyaya məlumdur. Lakin bəzi ermənipərəst dövlətlər bu həqiqətdən qaçaraq erməni dövlətini dəstəkləyirlər və bununla da ədalətə qarşı olduqlarını nümayiş etdirirlər. Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi biz öz torpaqlarımızda döyüşürük. Bunu böyük xarici dövlətlər və Beynəlxalq Təşkilatlar da təsdiqləyir. Hətta, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından tam və qeyri-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. ATƏTin Minsk qrupu da Qarabağın Azərbaycan olduğunu deyir. Lakin bu qədər rəsmi göstərişlərə əməl etməyən Ermənistan irihəcmli silahlarla müharibəni başlatdı və hələ bu azmış kimi Gəncə şəhərini və sivil vətəndaşları bombaladı.
Dünya ölkələrinin bu məsələyə olan marağı xarici mətbuatın Prezident İlham Əliyevdən müsahibə götürmələri ilə nəticələndi. Belə ki, BƏƏ, Qətər, Türkiyə, Fransa, Rusiya ölkələrinin telekanalları və digər televiziya kanallarından sonra növbəti olaraq Yaponiyanın “Nikkei” telekanalı 21 oktyabrda Cənab İlham Əliyevdən sözü gedən məsələ barəsində müsahibə götürüb.
Yaponiyalı müxbir neytral mövqeyi ilə seçildi. O, çox məntiqli və aktual suallar verərək vəziyyət barədə həqiqətləri öyrəndi. Müsahibənin ortasında müxbir Yaponiya Şirkətlərinin Azərbaycanda neft sahəsində investetor olduğunu dedi və müharibənin bu sahəyə təhlükə doğurma şansını soruşdu. Cənab İlham Əliyev Ermənistanın dəfələrlə neft-boru kəmərlərini hədəfə alacaqları hədəsini bildirdi və əlimizdən gələn qədər qoruduğumuzu söylədi.
Müsahibə uğurla başa çatdı və tərəflər təşəkkür edərək söhbəti sonlandırdılar. Ümumiyyətlə,  xarici mətbuatın bu tip müsahibələri ölkəmiz üçün çox uğurlu haldır. Bütün dünya həqiqətlər ilə aydınlanır və erməni feyk xəbərlərinin, həqiqətən də, yalan olamsı ortaya çıxır.
Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!   
  
Nəsimi RİH Könüllüsü              
Hakim Mürşüdov