Bütün Azərbaycan xalqı qələbənin yaxında olduğuna inanır

25 Oktyabr 2020 18:44 (UTC+04:00)
Ermənilərin Azərbaycan sərhədlərindəki təxribatları30 ilə yaxındır ki davam edir. Bu illər ərzində mənfur ermənilər sərhədlərimizdə atəşkəsi pozmuş və dinc əhaliyə zərər vurmuşlar. İyul və avqust ayındakı məlum hadisələrdən sonra sentyabrın 27-də səhər saatlarında başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qoyaraq irəliləmək istəyiblər.
    Həmişə olduğu kimi bu dəfədə mənfur düşmənimiz ordumuza qalib gələ bilməyib əkshücumuna rastlaşdığı və coxlu itkilər verdiyi üçün beynəlxalq hüquq normalarını və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirirlər. Bu təcavüz zamanı 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycanın apardığı uğurlu diplomatiya sayəsində ermənilər dünya birliyi tərəfindən irticaçı, təcavüzkar bir dövlət kimi tanınır. Ermənilərin Dağlıq Qarabağla bağlı arzuları puç olmaqdadır. Belə ki, artıq beynəlxalq təşkilatlar və bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirlər.
      Cənab Ali Baş Komandan bir çox ölkələrin televiziya kanallarına müsahibə vermişdir. Bunlardan biri də 23 oktyabr Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədir. Cənab Prezidentimiz jurnalistin suallarına məntiqli, geniş cavablar verərək mənfur düşmənin dünyaya yaymaq istədiyi bir çox xəbərlərin feyk olduğunu sübut etmişdir. Bundan başqa müsahibədə ATƏT-in Minsk qrupu, humanitar atəşkəsin ermənilər tərəfindən pozulması, Ermənistanın Yaxın Şərqdən muzdlu döyüşçülər gətirməsindən və digər məsələlərə toxunmuşlar. 
        Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən, torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Azərbaycan Ordusunun qələbə çalacağı gün uzaqda deyil. Bütün Azərbaycan xalqı bu qələbənin yaxında olduğuna inanır, güvənir. Cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycandır!
Nəsimi rayon sakini  
Rəhilə Rəhimova