Azərbaycan həqiqətlərinin dünya mediasında işıqlandırılması

25 Oktyabr 2020 20:23 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı həqiqətləri dünya mediasına açıqlamaqda davam edir.
       Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibələr informasiya müharibəsi sahəsində də Azərbaycanın mövqeyini kifayət qədər gücləndirir. Azərbaycan həqiqətlərini ölkənin birinci şəxsindən dinləyən mətbu orqanların nümayəndələri münaqişə ilə bağlı ən etibarlı mənbə əldə edirlər. Beləliklə də Azərbaycanın haqlı mövqeyi bu mətbu orqanlar vasitəsilə təbliğ olunur. 
İlham Əliyev oktyabrın 21-də isə Yaponiyanın məşhur “Nikkei” qəzetinə müsahibəsində əks-hücum əməliyyatı, Dağlıq Qarabağın gələcəyi, danışıqların perspektivi və s. məsələlərdən danışıb.
Dövlət başçısı dünyanın bu media nəhənginə müsahibəsində Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması ilə bağlı mövqeyini bir daha açıq şəkildə ortaya qoyub. Prezident Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, bu ərazilərdən çıxmaq istəmədiyini, bu azmış kimi, həmin bölgələrdə möhkəmlənməyə başladığını da qeyd edib.
    İlham Əliyev danışıqlara başlamağın şərtlərindən də danışıb. Dövlət başçısı bildirib ki, ilk növbədə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Əvvəlki status-kvo və təmas xəttinin mövcud olmadığını deyən Prezident deyib ki, Ermənistan rəhbərliyi daha məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır.
  Prezident İlham Əliyev müsahibəsində 30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupunun fəaliyyətində Azərbaycanın hər zaman beynəlxalq öhdəliklərə və əməkdaşlığa sadiq olduğunu, lakin bunun qarşılığını görmədiyini bildirib. Busəbəbdən də Azərbaycan dövlətinin və xalqının daha 30 ilgözləmək fikri yoxdur, artıq status-kvo yoxdur. Lakin regiondavə dünyada sülh proseslərinə hər zaman dəstək olan Azərbaycandanışıqlar üçün qapını açıq qoyur - çox sadə bir şərtlə - Ermənistan qoşunları bütün işğal olunmuş ərazilərimizdənçıxmalıdır. Azərbaycan birinci və ikinci humanitar atəşkəsə dəsadiqlik göstərdi, lakin mənfur düşmən mülki insanlarınyaşadığı ərazilərə ballistik raketlərlə hücum etdi. Ermənistandasağlam düşüncəli insanlar hakimiyyətdə olmayanadək sadəvətəndaşlar əziyyət çəkəcəklər. Biz Dağlıq Qarabağda yaşayanerməni əsilli vətəndaşlarımızın da hüquqlarını qorumağa hazırıq. Onlar da neofaşist erməni hakimiyyətinin əsirlərinə çevriliblər. Azərbaycan tolerant dövlətdir. Bakının mərkəzində ermənikilsəsi olduğu halda neofaşist erməni hakimiyyəti DağlıqQarabağ və ətrafdakı rayonlardakı məscidlərdə donuzsaxlayaraq bütün müsəlman dünyasını təhqir edir. Bütün buvəhşiliklərə baxmayaraq beynəlxalq sülhə töhfələr verənAzərbaycan işğal qurtarandan sonra da regionun inkişafı üçünəlindən gələni əsirgəməyəcək
          Böyük oxucu kütləsinə malik qəzetin müxbirləri Yaponiya xaricində əsasən dünya üzrə nüfuzlu siyasətçilərdən müsahibələr götürürlər. Prezident İlham Əliyevin bu mətbu orqana verdiyi müsahibə, heç şübhəsiz ki, bütün Asiya qitəsində geniş marağa səbəb olub və Azərbaycan həqiqətlərinin təbliği baxımından kifayət qədər böyük əhəmiyyət daşıyıb.
        Beləliklə, Prezident İlham Əliyev bu müsahibəsi ilə Azərbaycanın məsələyə dair mövqeyini, beynəlxalq vasitəçilərə ismarışını, habelə bölgənin perspektivini açıqlayıb
 
 
Hüseynova Aynur Fərman qızı 
Nəsimi rayonu