Xalqımız,Ordumuz hər zaman Ali Baş komandana sadiqdir

25 Oktyabr 2020 21:36 (UTC+04:00)
Vətən torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərin aktiv fazasında Prezident İlham Əliyev xarici informasiya vasitələri vasitəsilə baş verən hadisələri beynəlxalq ictimaiyyətə çatdırmağa davam edir.  23 Oktyabrda Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə vermişdir.Müsahibədə bir neçə vacib məqamlara toxunan ölkə başçımız ermənistanın humanitar atəşkəs rejiminə əməl etmədiyini və mülki insanlara qarşı raketlər vasitəsiylə terror aktlarını davam etdirdiyini bildirmişdir.Baş verən hadisələr Ermənistanın diplomatik yolla məsələnin həllində maraqlı olmadığını müharibə istədiyini Baş Nazir Nikol Pasinyanın çıxışlarında da müşahidə etmək olar.Lakin bizim mövqeyimiz bu münaqişənin sülh ,diplomatik yolla həllinin təmin olunması üçün çalışır .Ermənistan tərəfi artıq 30 ilə yaxındır ki bu münaqişənin diplomatik həllinin həyata keçməməsi üçün əlindən gələni etmişdir.Əvvəlkibillərdə Ermənistana rəhbərlik etmiş səlahiyyətli şəxslərlə aparılan danışıqlarda azda olsa irəliləyiş əldə edilmişdir lakin indiki rəhbərlik bütün irəliləyişləri məhv etdi.Düşmənin Gəncə şəhərində və digər dinc əhalilərimizin yaşadığı ərazilərə  etdiyi terror əməllərinin cavabını biz döyüş meydanında verməyə davam edirik.Artıq mühüm ərazilər şanlı ordumuz tərəfindən işğalçılardan geri alınıb . Ermənistan BMT-nin qəbul etdiyi 4 qətnaməni qeyri-şərtsiz əməl etməlidir lakin onlar himayədarlarina arxalanaraq qətnamələrin həyata keçirmir.Minsk qrupunun həmsədrləri olan Amerika,Rusiyaya,Fransa bu münaqişənin həllində tərəf tutmamalı və Ermənistanın beynəlxalq qanunlara əməl etməyi üçün təzyiqlər həyata keçirməlidirlər.Türkiyə bu münaqişənin həllində öz fikirlərini qəti şəkildə dünya ictimaiyyətinə bildirərək Azərbaycanın tək olmadığını hər kəsə göstərdi . Türkiyə nəin ki qafqazda həmçinin dünyada  böyük söz sahibinə malikdir və münaqişənin həllində mövqeyini dətəkləyirik.Bizim Dağlıq Qarabağda yaşayan mülki insanlarla heç bir problemimiz yoxdur və işğalçı qoşunları ərazilərimizi tərk etdiyi təqdirdə biz sülh şəraitində birliktə yaşaya biləcəyik .Azərbaycan Cənubi Qafqazda mühüm enerji layihələrinə rəhbərlik edir və bizim digər xarici ölkələrlə  iqtisadi ,siyasi əlaqələrimiz,əmakdaşlıqlarımız inkişaf etməkdədir. Ölkə daxilində Cənab İlham Əliyevin yürütdüyü siyasətə  siyasi partiyalardan da dəstək gəldi yalnız Xalq Cəbhəsi və Müsavat partiyaları öz dəstəyini vermədi həmcinin bu iki partiya Dağlıq Qarabağın itirilməsində günahkar olan şəxslər tərəfindən idarə olunur.Ölkə başçımız İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva 
Bu mühüm vəzifələrə sahib olmaq üçün Azərbaycan xalqına ,dövlətimizin inkişafına mühüm xidmətlər göstərmiş və xalqın güvənini qazanaraq bu vəzifələri tutmuşdur.Dagliq Qarabağ münaqişəsinin dinc yolla həll olunması bölgəyə sülh,əmin-amanlıq gətirəcəkdir.Biz heç zaman öz torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik.
Zidan Həsənli
Nəsimi RİH könüllüsü