Şotlandiyada Azərbaycana dəstək aksiyası

26 Oktyabr 2020 09:55 (UTC+04:00)

Şotlandiyanın Edinburq şəhərində yerləşən Skot abidəsinin qarşısında soydaşlarımız Azərbaycana dəstək aksiyası keçirib.

Mövqe.az xəbər verir ki, aksiyada Şotlandiyanın Edinburq, Qlazqo və Aberdin şəhərlərində yaşayan azərbaycanlılar iştirak edib.

Aksiyada “Qarabağ Azərbaycandır!”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq ölümünə son qoyun!”, “Gəncə üçün dua et!”, “Erməni terroruna son!” kimi şüarlar səsləndirilib.

Həmçinin Şotlandiyanın müxtəlif bölgələrindəki parklara və ən məşhur Fort körpüsünə (Fort Bridge) “Qarabağ Azərbaycanındır!” adlı plakatlar yerləşdirilib.