Gürcüstanda tibbi maskadan istifadə məcburi ola bilər

26 Oktyabr 2020 14:08 (UTC+04:00)

Gürcüstanda tibbi maskadan istifadə göstəricisi təxminən 60-64% təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, bu göstərici 95% səviyyəsində olmalıdır: “Bu göstəriciyə nail olunsa, koronaviusa yoluxma sayı əhəmiyyətli dərəcədə azalacaq”.

Mərkəz rəhbəri qeyd edib ki, Gürcüstanda tibbi maskadan istifadənin məcburi olacağı barədə qərarın qəbulu istisna edilmir.